"Arsenal"dan "Mançester Yunayted"ə doğru
"Arsenal"ın futbolçusu Mayls Luyis-Skelli karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Samuel Lukhörts məlumat yayıb.
19 yaşlı sol cinah müdafiəçisinin transfer qiyməti 45 milyon avrodur.
Qeyd edək ki, M.Luyis-Skelli London klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.