Azərbaycan millisi “Şamaxı” ilə üz-üzə gələcək

Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, U-21 ötən gün yoxlama oyununda I Liqa klubu "Səbail"a 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə daha əvvəl "Sabah"a 0:2 hesabı ilə uduzub.