Azərbaycan millisinin məğlubiyyəti
Avstriyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib yenə Çexiya millisi olub.
İlk görüşdə 0:5 hesabı ilə uduzan Yaşar Vahabzadənin komandası, bu dəfə daha inamlı təsir bağışlayıb. Ancaq cəhdlər uğurlu nəticəyə kifayət etməyib. Mahir Mədətovun hesabı açdığı matçın sonlarında buraxılan qollar məğlubiyyəti rəsmiləşdirib - 1:2.