Azərbaycan millisinin rəqibi qələbə qazandı
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla eyni qrupda qərarlaşan Şimali İrlandiya seçməsi yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, krallıq təmsilçisi Yeni Zellandiya ilə üz-üzə gəlib.
Oyunun taleyini bir qol həll edib. Liam Boysun 6-cı dəqiqədə vurduğu ol Şimali İrlandiya seçməsinə qələbə qazandırıb.
Xatırladaq ki, Şimali İrlandiya iyunun 10-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.