Azərbaycan millisinin üzvünü ağır cəza gözləyir

Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniya Futbol İttifaqı tərəfindən cəzalandırılacaq. SportLine.az xəbər verir ki, futbolçunun II Bundesliqanın 11-ci turu çərçivəsində "Regensburq"la qarşılaşmada (1:0) topu bilərəkdən rəqibin üzünə vurması buna səbəb olub.

D.Nazarovun, ən azı, 3 oyunluq cəzalanacağı güman edilir.