Azərbaycan Premyer Liqasında qış fasiləsinin vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə qış fasiləsinin vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, dekabrın 16-da XIV turun oyunlarından sonra ölkə çempionatında fasilə yaranacaq.

Çempionatın ikinci yarısına 2022-ci il fevralın 7-də start veriləcək və mayın 21-də yekun vurulacaq.