Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiq olunacağı tarix dəqiqləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiq ediləcəyi vaxt bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsi qərar çıxarıb.

Qərara əsasən, Premyer Liqada VAR-la bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılacaq. 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulur.

Sentyabrın 1-dən isə Premyer Liqa hakimləri ilə əlaqədar “Peşəkar hakim” sistemi tətbiq olunacaq.