Azərbaycan Premyer Liqasının oyunları təxirə salınır
Azərbaycan Premyer Liqasının II turunun iki oyununun təxirə salınacağı gözlənilir.
Sportline.az xəbər verir ki, Peşəkar Futbol Liqası "Neftçi" və "Qarabağ"ın xahişi əsasında onların avqustun 22-dəki oyunlarını başqa vaxta keçirəcək. Klublar avqustun 19-da UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxacaqlar. "Qarabağ" Şotlandiya "Aberdin"ini, "Neftçi" isə İsrailin "Makkabi" (Hayfa) klubunu qonaq edəcək. Bu komandalarla cavab görüşləri isə ayın 26-da səfərdə baş tutacaq. "Qarabağ" və "Neftçi" cavab oyunlarına daha yaxşı hazırlaşmaq üçün PFL-dən çempionat matçlarının tarixini dəyişdirməyi istəyəcək.
Qeyd edək ki, təqvimə əsasən, "Neftçi" 2-ci turda səfərdə "Zirə" ilə, "Qarabağ" isə evdə "Səbail"lə qarşılaşmalıdır.