Azərbaycan seçməsində yeni baş məşqçi

Sərbəst güləş yığmamızın baş məşqçi vəzifəsində dəyişiklik edilib. SportLine.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən məlumat verir ki, millimizi Saypulla Absaidov çalışdıracaq.

2009-12 və 2015-16-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.

Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin edilib. 

Qeyd edək ki, millimizin sabiq çalışdırıcısı, təcrübəli mütəxəssis Firdovsi Umudov isə bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.