"Arsenal" ən güclü namizəd kimi göstərilir

“Arsenal” 2026/27 mövsümündə Premyer Liqa çempionluğunun əsas favoritləri sırasında ilk pillədə qərarlaşıb.

Sportline.az xəbər verir ki, Polymarket-in proqnoz bazarında yeni mövsüm üçün çempionluq şansları açıqlanıb. Paylaşılan göstəricilərə əsasən, “Arsenal” 40 faizlə ilk sırada yer alıb.

Siyahıda “Arsenal”ı “Mançester Siti” – 27 faiz, “Liverpul” – 13 faiz, “Mançester Yunayted” – 11 faiz və “Çelsi” – 9 faiz izləyir.

Premyer Liqanın əsas favoritləri:

"Arsenal" – 40%

"Mançester Siti" – 27%

"Liverpul – 13%

"Mançester Yunayted" – 11%

"Çelsi" – 9%

Qeyd edək ki, “Arsenal” ötən mövsüm 22 illik fasilədən sonra Premyer Liqa çempionluğuna sahib olub və 2026/27 mövsümünə titulun əsas favoritlərindən biri kimi başlayır. Komandanın baş məşqçisi Mikel Arteta isə çempionluğu qorumaq və klubun uğurlu dövrünü davam etdirmək istəyir. 

Polymarket-in hazırkı göstəricilərində də “Arsenal” təxminən 39,5 faizlə liderliyini qoruyur; “Mançester Siti” 26,5 faiz, “Liverpul” 12,5 faiz, “Mançester Yunayted” 10,5 faiz və “Çelsi” 9,5 faizlə sıralanır.