Darvin Nunez Türkiyə klubuna keçəcək

"Trabzonspor" "Əl-Hilal"da çıxış edən uruqvaylı hücumçu Darvin Nunezin transferi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə etdiyi bildirilir.

Sportline.az xəbər verir ki, belçikalı jurnalist Sacha Tavolierinin məlumatına görə, "Trabzonspor" Darvin Nunezi bir mövsümlük icarəyə götürmək üçün razılığa gəlib.

Qeyd edək ki, "Trabzonspor" prezidenti Ərtuğrul Doğan isə transferlə bağlı açıqlamasında hələ yekun razılaşmanın olmadığını bildirib. “Darvin Nunez məşqçimizin də bəyəndiyi çox vacib bir oyunçudur. Hələ ki, razılaşmamız yoxdur. Danışıqlar davam edir”, - deyə klub prezidenti bildirib.