Azərbaycan seçməsinin rəqibləri müəyyənləşdi
19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. SportLine.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 48 iştirakçısı 12 qrupa bölünüb.
"C" səbətində qərarlaşan Azərbaycan millisi 4-cü qrupda mübarizə aparacaq. Komandamız İspaniya, Ukrayna və Albaniya ilə mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il sentyabrın 11-19 və ya oktyabrın 16-24-də keçirilməlidir. Hər qrupda ilk iki yeri tutanlar elit-raunda yüksələcək.