Azərbaycan UEFA-nın reytinqində

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, "Neftçi" bu mərhələdə "Olimpiakos"a (Yunanıstan) 0:1 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal ehtiyatı dəyişməyib.

Ölkəmiz 13,375 xalla 29-cu pillədəki yerini qoruyub.

Qeyd edək ki, 28-ci pillədə olan Qazaxıstanın 13,750 xalı var.