Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Gimnastika Federasiyasından Sportline.az-a verilən məlumata görə, sənəd qurumun hüquqşünası Tural Alıyev və Kamerun Gimnastika Federasiyasının prezidenti Yekel Enni Flor tərəfindən imzalanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.