Azərbaycan – Xorvatiya matçında 4 qol

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. SportLine.az xəbər verir ki, seçməmiz Xorvatiyanın U-19 millisi ilə görüşüb.

Nazim Süleymanovun yetirmələri ilk sınağında heç-heçə edib – 2:2. Yığmamızın qollarını Qara Qarayev və Famil Camalov vurub.

Banner