Azərbaycanda yeni voleybol klubu yaradıldı

Azərbaycanda "Sərhədçi Voleybol Klubu" MMC qeydiyyatdan keçib.

SportLine.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Vergi" qəzeti xəbər verib.

Bildirilir ki, klubun nizamnamə kapitalı 100 manatdır. Qurumun qanuni təmsilçisi Rzaquliyev Vidadi Əsgər oğludur. V.Rzaquliyev Dövlət Sərhəd Xidmətində mühəndis kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin sərəncamı ilə ona 2009-cu ildə "Hərbi xidmətlərə görə" medalı, 2014-cü ildə "Əməkdar mühəndis" fəxri adı verilib.