"Azərbaycanı məğlub etmək bizə asan başa gəlmədi"

Ukraynanın futbol millisi Azərbaycan üzərində qələbəni asan əldə etməyib.

Sportline.az xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Xoşbəxtəm ki, bu cür nəticə əldə etdik. Oyuna çox ciddi yanaşırdıq. Hər iki komanda qələbə istəyirdi. Amma yekunda biz qalib gəldik. Beş əsas oyunçumuz meydanda yox idi. Azərbaycan üzərində qələbə bizə asan başa gəlmədi. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq. Heç vaxt Azərbaycan yığmasını zəif hesab etmirəm. İslandiya səfərindəki böyükhesablı məğlubiyyət Azərbaycanın gücündən xəbər vermir. Orada komanda tam gücü ilə oynamamışdı".

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.