Azərbaycanın daha bir komandası əsas mərhələdə mübarizəyə başlayıb
Azərbaycanın daha bir basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, "Abşeron Lions" klubu Estoniya təmsilçisi "Kalev"i qəbul edib.
Bakı İdman Sarayında keçirilən matç rəqibin 93:85 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, I qrupunun ilk görüşündə Azərbaycanın "Neftçi" kollektivi Polşada "Trefl"ə uduzub - 63:92.