Azərbaycanla oyunöncəsi daha bir itki
Almaniya seçməsi Azərbaycanla oyunöncəsi daha bir futbolçunun xidmətindən məhrum olub. SportLine.az xəbər verir ki, "Bundestim" Toni Kroosu itirib.
Şimali İrlandiya ilə görüşdən sonra qabırğasında ağrı hiss edən yarımmüdafiəçi heyətdən çıxarılıb. O, müalicəsinə "Real"ın düşərgəsində davam edəcək.
Xatırladaq ki, qapıçı Manuel Noyer də Azərbaycanla görüşü buraxacaq.