Azərbaycanlı futbolçu Albaniya klubunda

Azərbaycanlı futbolçu Elməddin Məmmədov legioner həyatı yaşayacaq.

Sportline.az xəbər verir ki, ötən mövsüm "Mingəçevir"də oynayan qapıçı Albaniyada çıxış edəcək. 29 yaşlı qolkiper  "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.

Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, E.Məmmədov bunadək “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.