Azərbaycanlı futbolçu "Anji"də

Moskva "Spartak"ında çıxış edən əslən azərbaycanlı Ayaz Quliyev karyerasını "Anji"də davam etdirəcək. SportLine.az xəbər verir ki, 20 yaşlı müdafiəçi mövsümün sonunadək icarə əsasında Mahaçqala klubunun şərəfini qoruyacaq.

A.Quliyev "Spartak"ın gənclər və ikinci komandasında çıxış edib. O, Rusiya U-19 millisinin tərkibində Avropa çempionatının vitse-çempionu adını qazanıb.