Azərbaycanlı futbolçu Çexiyada qol hesabını açdı
Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya”nın U-19 komandası Çexiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Karvina” kollektivi olub.
Qarşılaşma "Karvina"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
“Slaviya”nın yeganə qoluna F.Nəbiyev imza atıb. Bu, futbolçumuzun Çexiyada ilk qoludur.