Azərbaycanlı futbolçu ən yaxşı seçildi

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinin ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, "Olimpiakos"un cənubi azərbaycanlı futbolçusu Kərim Ansarifərd ən yaxşı adına layiq görülüb.

Xatırladaq ki, "Osmanlıspor"la cavab matçında rəqib qapısına iki dəfə yol tapan futbolçu komandasının qələbəsində böyük pay sahibi olub.