“Qızıl top”u PSJ-nin futbolçusu qazanacaq”

Fransa millisinin və PSJ-nin hücumçusu Osman Dembele 2026-cı ildə “qızıl top”u kimin qazanacağı ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az "Lequipe” nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Düşünmürəm ki, bununla bağlı hansısa şübhə olacaq. “Qızıl top”u PSJ-nin futbolçusu qazanacaq”.

Dembele “qızıl top”un son sahibidir. 

PSJ 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı (1:1) penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə turnirin qalibi olub. Paris klubu həmçinin, Liqa 1 çempionluğunu da qazanıb.