Skott Maktominey ürəyindən əməliyyat olundu
İtaliyanın "Napoli" klubunun və Şotlandiya milli komandasının tanınmış yarımmüdafiəçisi Skott Maktominey ürəyindən əməliyyat olunub.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya futbol klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.
Əməliyyat bu gün səhər saatlarında baş tutub. 29 yaşlı futbolçuya məşqlərə yenidən başlaya bilməsi üçün iki həftəlik istirahət lazım olacaq.