“Çelsi” norveçli futbolçunu transfer etmək istəyib

“Çelsi” yay transfer pəncərəsinin son günlərində “Fulhem”in norveçli yarımmüdafiəçisi Sander Berge ilə maraqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Londonlular “Mançester Siti”yə keçən Enzo Fernandesin yerinə yeni yarımmüdafiəçi transfer etmək istəyib. Berge “Çelsi”nin nəzərdən keçirdiyi namizədlərdən biri olub. Ancaq klub 28 yaşlı futbolçunun transferi ilə bağlı “Fulhem”ə rəsmi təklif göndərməyib.

Berge bu mövsüm İngiltərə çempionatında “Fulhem”in heyətində 3 oyunda meydana çıxıb. “Transfermarkt”a görə, onun dəyəri 25 milyon avrodur.