Azərbaycanlı futbolçu Portuqaliyada ilk qolunu vurdu
Azərbaycanlı futbolçu Valeh Seyidovun şərəfini qoruduğu "Louletano" Portuqaliya II Liqasının B Divizionunda növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Moura" kollektivi olub.
Qarşılaşma "Louletano"nun qələbəsi ilə yekunlaşıb - 6:0.
V.Seyidov 90 dəqiqə mübarizə aparıb və bir qolla yadda qalıb. Bu, hücumçunun Portuqaliyada aktivinə ilk qolu kimi yazılıb.
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan 21 yaşlı futbolçu yay transfer pəncərəsində "Louletano"ya transfer edilib.