Azərbaycanlı futbolçu Rusiya kubokunun növbəti mərhələsində
Krasnoyarskın “Yenisey” komandası Rusiya kubokunun 1/8 final mərhələsinə adlayıb. SportLine.az xəbər verir ki, həmyerlimiz Azər Əliyevin də şərəfini qoruduğu “Yenisey” Moskva ÇSKA-sını mübarizədən kənarlaşdırıb. Andrey Tixonovun komandası “hərbçilər”i 2-1 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxan Azər Əliyev oyunu əvəzlənmədən keçirib.