Futbolçumuz Türkiyədə 90 dəqiqə oynadı
Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Vüsal İsgəndərlinin şərəfini qoruduğu “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Eyupspor”a 1:2 hesabıyla uduzub.
Start "11-lik"də yer alan Vüsal sonadək oynayıb. Azərbaycanlı yarımmüdafiəçiyə qarşılaşmanın 77-ci dəqiqəsində sarı vərəqə göstərilib.