Azərbaycanlı futbolçunun baş məşqçisi istefa verdi

Rusiyanın "Yenisey" komandasının baş məşqçisi Andrey Tixonov istefa verib. Sportline.az xəbər verir ki, bu haqda Krasnoyarsk klubu bəyanat yayıb. Eliytaya yüksələ bilməyən I Divizion təmsilçisinin, artıq sabiq çalışdırıcısı karyerasını Samarada davam etdirəcək. Tixonov növbəti mövsümdə "Krılya Sovetov" komandasının sükanı arxasında olacaq. Xatırladaq ki, "Yenisey"in əsas heyətinin üzlərindən olan, həmyerlimiz Azər Əliyev, Tixonovun sevimli futbolçularından sayılırdı.