Azərbaycanlı hakimlər Avropa kubokunun 1/2 matçında
Beynəlxalq dərəcəli həndbol hakimləri Erners və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.
Sportline.az saytına AHF-dən verilən xəbərə görə təcrübəli referilər bu dəfə qadın həndbolçuların EHF Avropa kuboku turnirində ölkəmizi təmsil edəcəklər.
Söhbət qitənin nüfuzlu klub turnirinin yarımfinal mərhələsinin “Antalya Konyaaltı BSK” - “MKS İUVENTA Mixalovçe” görüşündən gedir. Türkiyə və Slovakiya təmsilçilərinin qarşılaşması gərgin və maraqlı mübarizə vəd edir.
Oyun martın 18-də Akdeniz Universitetinin idman sarayında keçiriləcək.