Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasına üzv seçilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.
Bu barədə Sportline.az-a AVF-nin mətbuat xidmətindən məlumat verilib.
Bu, FIVB-nin İdarə heyətinin ilk iclasında baş verib. Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.
Qeyd edək ki, V. Kazımova həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.