Azpilikueta evinə qayıdır
"Atletiko Madrid"dən azad kimi ayrılan ispaniyalı futbolçu Sezar Azpilikueta "Osasuna"ya keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" qəzeti məlumat yayıb.
35 yaşlı futbolçunun hazırkı dəyəri 1.5 milyon avrodur.
Qeyd edək ki, Sezar "Osasuna" klubunun yetirməsidir.