Bakıda daha bir lisenziya yarışı keçirilə bilər

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) Beynəlxalq Olimpiya Komitəsindən (IOC) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya müddətinin uzadılmasını istəyib.

Sportline.az "Report"-a istinadən xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub. Federasiya 15 - 26 martda Hindistanın paytaxtı Yeni Dehlidəki Dünya Kubokunu təxirə salıb. Olimpiadaya lisenziya xarakterli yarış aprelin 15-də başlayacaq.

ISSF bütün idmançılara eyni imkanın verilməsinin zəruriliyini nəzərə alaraq IOC-dan Almaniyanın Münhen şəhərindəki və Bakıdakı Dünya Kubokunun olimpiadaya lisenziya xarakterli olmasını istəyib.

Qeyd edək ki, Bakıda güllə və stend atıcılığı üzrə Dünya Kuboku 22 iyun - 3 iyulda baş tutacaq. Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda olacaq.