Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib.

Sportline.az Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadla xəbər verir ki, martda təşkil olunacaq yarışa maraq böyükdür.

Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla Dünya Kubokunda 70 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Turnir 7-10 mart tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.

Qeyd edək ki, fevralın 23-25-də eyni məkanda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək.