Bakıda UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın B kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, dörd gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.

Qeyd edək ki, məşqçi kursunun II modulu sentyabrın 8-11-i aralığında baş tutacaq.