Balde "Mançester Yunayted"ə transfer olacaq?
"Mançester Yunayted" klubu müdafiənin sol cinahını gücləndirmək məqsədilə yeni transfer hədəfi müəyyən edib.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi "Barselona"nın gənc müdafiəçisi Alexandro Baldeni heyətinə qatmaq niyyətindədir.
"Qırmızı şeytanlar" yay transfer pəncərəsində ispaniyalı sol cinah müdafiəçisi üçün Kataloniya klubuna 35 milyon funt-sterlinqlik rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Baldenin "Barselona" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 31 matçda 1 qol və 6 asistlə yadda qalıb.