Barella "Qalatasaray"ın hədəfində
"Qalatasaray" yay transfer dönəmində diqqətini orta xəttə yönəldib.
Sportline.az xəbər verir ki, Türkiyə çempionunun transfer siyahısında "İnter"in ulduzu Nikolo Barella yer alıb. İtaliya millisinin üzvünün adı son günlər İstanbul təmsilçisi ilə yanaşı hallanır. Baş məşqçi Okan Burukun da bu keçidə müsbət yanaşdığı bildirilir. Tərəflər arasında ilkin təmasların başladığı qeyd olunur.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi uzun illərdir "İnter"in əsas oyunçularından biri hesab edilir. Barella ötən mövsüm A Seriyasında sabit çıxışı ilə diqqət çəkib.