Barkola İngiltərə nəhənginə getmək niyyətindədir

Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 23 yaşlı sol cinah vingerini heyətinə cəlb etmək istəyir.

Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 36 matçda 10 qol, 6 asistlə yadda qalıb.