Barkola İspaniya nəhənginə keçə bilər

PSJ-nin vingeri Bredli Barkola karyerasını İspaniya nəhəngində davam etdirə bilər  

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 22 yaşlı fransalı futbolçunun xidmətində maraqlıdır. 

PSJ yaxın zamanda Xviça Kvaratsxeliyanı transfer etdikdən sonra Barkolanın start heyətindəki yerini itirmək ehtimalı var.

Bu səbəbdən oyunçu da karyerasını davam etdirmək üçün yeni komanda axtarışındadır.

Barselona futbolçunu əvvəlcə icarəyə götürməyi, sonradan isə transfer hüquqlarını əldə etməyi planlaşdırır.