“Barselona” argentinalı ulduzu transfer etmək istəyir

“Mançester Yunayted”in argentinalı futbolçusu Alexandro Qarnaço “Barselona”nın transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda “Fichajes” nəşri məlumat yayıb.

Qarnaço “Mançester Yunayted”dən ayrılmaq qərarına gəlib. “Barselona”dan gələcək təklifi dəyərləndirəcək.

20 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qarnaço cari mövsüm çıxış etdiyi 41 oyunda 8 qol və 6 asistlə yadda qalıb.