"Barselona" - "Atletiko Madrid": Düşərgələrdəki son durum

Bu gün İspani Kral Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, "Barselona" öz meydanında "Atletiko Madrid"lə qarşılaşacaq.

"Barselona"da əsas itki qapıçı Mark Andre-Ter Ştegen və Andreas Kristensenin adı ilə bağlıdır.

"Atletiko Madrid"də Koke baş məşqçi Simionenin sərəncamında olmayacaq.

Oyunun ədalət təmsilçisi Alexandro Joze Hernandez olacaq.

Qeyd edək ki, "Barselona" - "Atletiko Madrid" matçı 26 fevral saat 00:30-da başlanacaq.