"Barselona" brazilyalı futbolçusunu satacaq

"Barselona" brazilyalı futbolçusu Vitor Rokeni satmaq qərarına gəlib.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu Rokeni 25 milyon avro qarşılığında satmağa hazırdır.

19 yaşlı futbolçu hazır da "Real Betis"də icarə əsasında çıxış edir.

Qeyd edək ki, Roke bu mövsüm çıxış etdiyi 30 matçda 7 qol və 2 asistlə yadda qalıb.