“Barselona” bu futbolçuya görə 150 milyon avro tələb edir

“Barselona” brazilyalı futbolçusu Rafinyanı mövsümün sonunda sata bilər.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları Rafinya ilə yaxında maraqlanır.

Kataloniya klubu 28 yaşlı futbolçu üçün 150 milyon avro tələb edir.

Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 24 qol və 18 asistlə yadda qalıb.

O 2022-ci ildən “Lits Yunayted”dən “Barselona”ya 58 milyon avro qarşılığında transfer olmuşdu.

Rafinyanın müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.