"Barselona" daha bir argentinalı ulduzun transferinə hazırlaşır

Argentina futbolunun ulduzlarından olan Anhel di Mariya yenidən İspaniyaya qayıda bilər. Sportline.az xəbər verir ki, bu haqda İspaniyanın nüfuzlu KİV-lərindən sayılan Mundo Deportivo məlumat yayıb. Həmkarlarımızın yazdığına görə, təcrübəli yarımmüdafiəçi "Barselona"nın hədəfindədir. Katoloniyalılar ona klubdan ayrılacağı gözlənilən Arda Turanın əvəzləyicisi kimi baxırlar. Xatırladaq ki, Anhel di Mariya 2010-2014-cü illərdə Madrid "Real"ının şərəfini qoruyub.