"Barselona" De Yonqla bağlı qərar verib

"Barselona" niderlandlı futbolçusu Frenki De Yonqla yola davam edəcək.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, De Yonq Kataloniya klubu ilə yeni müqavilə imzalayacaq.

27 yaşlı futbolçunun hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir.