"Barselona" fanatlarına xoş xəbər

Bu gün İspaniya çempionatında VIII turun oyunları keçiriləcək. Sportline.az xəbər verir ki, diqqətlər əsasən "Atletiko"-"Barselona" matçına yönələcək. Bakı vaxtı ilə 22-45-də başlanacaq qarşılaşmada Andres İnyestanın da iştirakı gözlənilir. İspaniya mətbuatının yaydığı məlumata görə, "Barselona"nın təcrübəli yarımmüdafiəçisinin diz oynağındakı zədəsi artıq sağalıb.