"Barselona" ispaniyalı futbolçusunu satmağa hazırdır
"Barselona" ispaniyalı futbolçusu Ferran Torreslə yollarını ayırmaq qərarına gəlib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Tottenhem", "Napoli" və "Milan" Torreslə yaxından maraqlanır.
Kataloniya klubu 25 yaşlı futbolçu üçün 33 milyon avro tələb edir.
Qeyd edək ki, Torres bu mövsüm çıxış etdiyi 29 matçda rəqib qapılarından 11 top keçirib.