"Barselona" isveçli ulduzu transfer etmək niyyətindədir

"Barselona"nın əsas transfer hədəfi bəlli olub.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Sportinq"in isveçli futbolçusu Viktor Gyökereş "Barselona"nın maraq dairəsinə düşüb.

Kataloniya klubu 26 yaşlı futbolçu üçün 75 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Gyökereş bu mövsüm çıxış etdiyi 35 oyunda rəqib qapılarında 34 top keçirib.

Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.