"Barselona" "Leypziq"ə elçi düşüb

"Barselona" "Leypziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko üçün hərəkətə keçib.

Sportline.az jurnalist Toni Xuanmartinin məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda Şeşko üçün "Leypziq"ə rəsmi təklif göndərəcək.

Almaniya klubu 21 yaşlı forvard üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Şeşko "Barselona"da çıxış etməyə müsbət yanaşır.

O bu mövsüm çıxış etdiyi 30 matçda rəqib qapılarından 15 top keçirib.

Şeşkonun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.